AZ

Mahir Emreli "Kayzerslautern"ə keçidi barədə danışdı

Kayzerslautern" böyük klubdur, onun haqqında hələ Almaniyada futbol oynamazdan əvvəl məlumatlı idim". Metbuat.az xəbər verir ki, bunu yeni klubunun rəsmi saytına açıqlamasında Azərbaycan yığmasının hücumçusu Mahir Emreli deyib.Almaniya klubu ilə bu gün rəsmi müqavilə imzalayan 27 yaşlı futbolçu ona bəslənən ümidləri doğrultmağa çalışacağını bildirib: "Nürnberq"də oynayarkən buradakı atmosferi, azarkeşlərin enerjisi məndə böyük təəssürat yaratmışdı. Məhz bu amil "Kayzerslautern"i seçməyimdə böyük rol oynayıb. Klubla danışıqlar oldu və mənim keçidim üçün bütün güclərini sərf etdilər. Göstərilən böyük etimadın əvəzini öz oyunumla ödəmək istəyirəm. Böyük səbirsizliklə debütü gözləyirəm. Məqsədlərə çatmaq üçün bünü bacarığımı nümayiş etdirəcəm".

Qeyd edək ki, Emreli yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Kayzerslautern”də 10 nömrəli formada çıxış edəcək.

Seçilən
4
4
metbuat.az

5Mənbələr