EN

Vaşinqton Tehranla danışıqlara qayıtmağa hazırdır | VİDEO

AzVision.az xəbər verir ki, Amerikanın mənbəyə istinad edən “Axios” portalı belə məlumat yayıb.

“ABŞ-nin Qətərdəki hərbi bazasına hücumdan sonra İran Ağ Evə növbəti hücumlar etməyəcəyi ilə bağlı mesaj göndərib. Ağ Ev, öz növbəsində, İranın hücumuna cavab verməyəcəyini və ABŞ-nin İranla danışıqları bərpa etməyə hazır olduğunu bildirib”,- portal yazır.

Bundan sonra atəşkəsin şərtləri və onun başlama vaxtı barədə razılığa gəlmək üçün ABŞ və İsrail, eləcə də Qətər və İran arasında danışıqlar davam etdirilib.

İsraildən İrana gözlənilməz təklif| VİDEO
Xatırladaq ki, Tehran və Vaşinqton arasında nüvə danışıqlarının altıncı raundu iyunun 15-də Maskatda keçirilməli idi, lakin İsrail iyunun 13-də İrana qarşı əməliyyata başlayıb.

İyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp münaqişə tərəflərinin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, 24 saatdan sonra dünya “12 günlük müharibənin rəsmi sonunu” alqışlayacaq. Eyni zamanda, hər iki tərəf ilk olaraq hərbi əməliyyatlarını bitirməlidir.

Qeyd edək ki, dünən məmurlara istinad edən “The Wall Street Journal (WSJ)” nəşri İsrailin İranla münaqişəni “tezliklə” bitirməyə can atdığını və hədəfə aldığı İran obyektlərinə zərbələri yaxın günlərdə tamamlayacağını gözlənildiyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az
Chosen
15
10
azvision.az

10Sources