Rusiya Prezidenti Vladimir Putin və sabiq ABŞ Prezidenti Donald Tramp arasında baş tutan altıncı telefon danışığı ətrafında maraqlı müzakirə yaranıb. Məlumata görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin Trampı 4 iyul – ABŞ-ın İstiqlaliyyət Günü münasibətilə təbrik edib və qeyd edib ki, "Rusiya Amerika dövlətinin qurulmasında heç də sonuncu rol oynamayıb".
Lakin siyasi şərhçi Aydın Quliyev bu açıqlamanın tarixi reallıqlarla üst-üstə düşmədiyini bildirib və faktların açıq-aşkar təhrif edildiyini vurğulayıb.
Aydın Quliyevin sözlərinə görə, ABŞ-ın müstəqillik bəyannaməsi 1776-cı ilin 4 iyulunda qəbul edilib və bu tarixdə 13 ştatın birliyi ilə ABŞ dövləti elan olunub. Həmin dövrdə Rusiya imperiyası II Yekaterinanın rəhbərliyi ilə Osmanlı dövləti ilə ağır müharibə şəraitində idi və Kiçik Qaynarca sülhü hələ imzalanmamışdı. Belə bir vəziyyətdə Rusiyanın ABŞ-ın müstəqillik mübarizəsinə yardım etməsi, Quliyevin fikrincə, tarixi baxımdan qeyri-mümkün görünür.
Şərhçi əlavə edib ki, Rusiya həmin dövrdə İngiltərəyə qarşı "Yeddiillik müharibə"dən (1756–1763) yeni çıxmışdı və bu münaqişə tarixi baxımdan ruslarla ingilislərin birbaşa hərbi toqquşduğu yeganə müharibə kimi qalır. Lakin bu düşmənçilik Rusiya ilə ABŞ arasında strateji tərəfdaşlıq kimi yozula bilməz.
Aydın Quliyev bildirib: