İyulun 4-nə keçən gecə Rusiya Ukraynaya növbəti kütləvi hücuma keçdi. Bundan bir qədər əvvəl Pentaqon bəzi silahların Kiyevə təhvil verilməsini dayandırdığını elan etmişdi. Bu isə bəzi amerikalı rəsmilərin narazılığına səbəb oldu.
Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.
Xüsusən də ABŞ Nümayəndələr Palatasının üzvü, Respublikaçılar partitasından olan konqressmen Don Beykon X sosial şəbəkəsindəki səhifəsində ABŞ prezidenti Donald Trampı öz yanaşmasına yenidən baxmağa çağırıb.
“Cənab prezident, sizin Rusiya ilə bağlı siyasətiniz nəticə vermir. Biz danışıqlar apararkən Putin Ukrayna şəhərlərini bombalayır. Bu gün Kiyev buna misaldır”, - o yazıb.
Beykonun fikrincə, Trampın Rusiya ilə bağlı strategiyasını dəyişməyin vaxtı çatıb: “Biz və müttəfiqlərimiz Ukraynanı dişinə qədər silahlandırmalıyıq və bizə ən sərt sanksiyalar lazımdır. Putin sizi və Amerikanı ələ salır”.
Bəxtiyar CƏFƏRLİ