EN

Bakıda “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçirilir

Bakı. Trend:

Bakıda “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”keçirilir.

Trend xəbərverir ki, iki gün davam edəcək tədbir Azərbaycan BanklarAssosiasiyası və Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə,eləcə də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiİslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və"Visa"nın tərəfdaşlığı ilə baş tutur.

“Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsalİnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik”mövzusuna həsr olunan bu beynəlxalq sammit, regionda rəqəmsaltransformasiyanın və innovasiya yönümlü əməkdaşlığın aparıcıplatforması kimi çıxış edir.

İki gün davam edəcək sammit çərçivəsində 7 tematik panel üzrəyüksək səviyyəli müzakirələr aparılacaq. Əsas diqqət maliyyətexnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süniintellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həllərivə dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modellərinəyönələcək. Eyni zamanda, kibertəhlükəsizlik və rəqəmsal mühitdəməlumatların mühafizəsi üzrə çağırışlar da geniş şəkildə müzakirəediləcək.

Tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakitokean regionları da daxil olmaqla 300-ə yaxın beynəlxalq vəregional təşkilat iştirak edəcək. Ümumilikdə 1500-dən çoxnümayəndənin, o cümlədən, dövlət qurumları, kommersiya bankları,fintex şirkətləri, ödəniş texnologiyaları təminatçıları,investorlar, diplomatik nümayəndəliklər və akademik institutlarıntəmsilçilərinin iştirakı gözlənilir. Tədbirdə 50-yə yaxın yerli vəbeynəlxalq spiker maliyyə texnologiyalarındakı trendləri vəqabaqcıl təcrübələri bölüşəcək.

Sammit çərçivəsində Azərbaycan Banklar Assosiasiyası iləQazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də TürkdilliDövlətlərin Kredit Büroları arasında qarşılıqlı əməkdaşlığıgücləndirən Anlaşma Memorandumları imzalanacaq.

Qeyd edək ki, "FİNTEX SAMMİT" Bakıda hər il keçirilən iki əsasbeynəlxalq maliyyə tədbirindən biridir. Digər nüfuzlu platforma isəBeynəlxalq Bankçılıq Forumudur.

Xəbər yenilənəcək

Chosen
12
1
az.trend.az

10Sources