AZ

Bakıda “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçiriləcək

Bakı. Trend:

Bakıda 24–25 iyun 2025-ci il tarixlərində “FİNTEX SAMMİT 2025 –Maliyyə və Texnologiyalar Sərgisi” keçiriləcək.

Trend xəbərverir ki, sərgi Azərbaycan Banklar Assosiasiyası və AzərbaycanRespublikasının Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzinin dəstəyi və Visa şirkətinin qlobaltərəfdaşlığı ilə baş tutacaq.

“Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsalİnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik”mövzusuna həsr olunan bu beynəlxalq Sammit, regionda rəqəmsaltransformasiyanın və innovasiya yönümlü əməkdaşlığın aparıcıplatforması hesab olunur.

İki gün davam edəcək Sammit çərçivəsində 7 tematik panel üzrəyüksək səviyyəli müzakirələr aparılacaq. Əsas diqqət maliyyətexnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süniintellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həllərivə dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modellərinəyönələcək. Eyni zamanda, kibertəhlükəsizlik və rəqəmsal mühitdəməlumatların mühafizəsi üzrə çağırışlar da geniş şəkildə müzakirəediləcək.

Tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakit okeanregionları da daxil olmaqla 300-ə yaxın beynəlxalq və regionaltəşkilat iştirak edəcək. Ümumilikdə 1500-dən çox nümayəndənin, ocümlədən dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri,ödəniş texnologiyaları təminatçıları, investorlar, diplomatiknümayəndəliklər və akademik institutların təmsilçilərinin iştirakıgözlənilir. Tədbirdə 50-yə yaxın yerli və beynəlxalq spiker maliyyətexnologiyalarındakı trendləri və qabaqcıl təcrübələribölüşəcək.

Sammit çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə QazaxıstanMaliyyəçilər Assosiasiyası, eləcə də Türkdilli Dövlətlərin KreditBüroları arasında qarşılıqlı əməkdaşlığı gücləndirən AnlaşmaMemorandumları imzalanacaq.

Qeyd edək ki, FİNTEX SAMMİT, Bakıda hər il keçirilən iki əsasbeynəlxalq maliyyə tədbirindən biridir. Digər nüfuzlu platforma isəBeynəlxalq Bankçılıq Forumudur.

Məqalədə:
Seçilən
13
7
az.trend.az

10Mənbələr