EN

Netanyahu Ağlama divarında Tramp üçün dua edib

Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu X hesabında Şərqi Qüdsdəki Məscidül-Əqsaya bitişik Qərb divarına (Ağlama divarı) səfərinin videosunu paylaşıb.

Xalqcəbhəsi.az-ın “hurriyet.com.tr”yə istinadla məlumatına görə, videoda "Talit" adlı dua şalında görünən Netanyahu divarda "Ulus ayağa qalxdı. İsrail xalqı yaşayır" yazılı bir qeyd qoyduğunu bildirib.

İsrail Baş nazirliyi ofisinin açıqlamasında Netanyahunun İsrailə verdiyi dəstəyə görə Tramp üçün dua etdiyi qeyd edilib.

Bildirək ki, 10 gün əvvəl İrana edilən hücumlara verdikləri “Yüksələn Aslan” adına toxunan Netanyahu Qərb divarında İncildən “Millət aslan kimi ayağa qalxacaq və bir dişi aslan kimi özünü ayağa qaldıracaq” ifadəsinin yer aldığı qeyd buraxmışdı.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrandakı Fordo, Natanz və İsfahan olmaqla 3 nüvə obyektinə hava hücumu həyata keçirdiklərini açıqlayıb

Chosen
7
17
xalqcebhesi.az

10Sources