AZ

Netanyahu Tramp və İsrail xalqı üçün dua etdi - VİDEO

İsrailin Baş naziri Binyamin Netanyahu, ABŞ-nin İrana hava hücumlarından sonra, işğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsaya bitişik olan Ağlama (Burak) Divarına gələrək ABŞ Prezidenti Donald Tramp üçün dua edib.

News365.az xəbər verir ki, Netanyahu "X" (keçmiş Twitter) hesabında Ağlama Divarına etdiyi ziyarətlə bağlı videolu paylaşım edib.

Videoda Netanyahu "Talit" adlanan yəhudi dua şalını geyinmiş şəkildə görünür. O, Ağlama Divarına qoyduğu qeyd haqqında deyib:

"Millət yüksəldi. İsrail xalqı yaşayır" - bu sözlərin yazıldığı qeydi divara yerləşdirib.

İsrail Baş Naziri Aparatının açıqlamasında da Netanyahu-nun, İsrailə verdiyi dəstəyə görə ABŞ Prezidenti Donald Trampa dua etdiyi bildirilib.

Netanyahu, 10 gün əvvəl İrana qarşı başladılan və "Yüksələn Aslan" adlandırılan əməliyyata istinad edərək, Tövratdan bir sitatı -

"Bir aslan kimi millət ayağa qalxacaq və dişi aslan kimi özünü ucaldacaq" - yazılı bir qeydi Ağlama Divarına qoyduğunu açıqlayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp, İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə hava hücumu həyata keçirdiklərini açıqlamışdı.


Seçilən
7
17
news365.az

10Mənbələr