AZ

Netanyahu Tramp üçün belə dua etdi

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana hücumlarından sonra Şərqi Qüdsdə ABŞ prezidenti Donald Tramp üçün dua edib.

Publika.az xəbər verir ki, Netanyahu “X” hesabında Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsaya bitişik olan Ağlama (Burak) Divarından öz görüntülərini paylaşıb.

Videoda Netanyahu Ağlama Divarına "Millət ayağa qalxdı. İsrail xalqı diridir" yazılmış bir qeyd qoyduğunu bildirib.

İsrail Baş nazirliyi Netanyahunun İsrailə verdiyi dəstək üçün ABŞ prezidenti Donald Tramp üçün dua etdiyini açıqlayıb.

Seçilən
3
17
publika.az

10Mənbələr