EN

Netanyahunun Trampdan xahişi I VIDEO

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, Amerikanın “The Wall Street (WSJ)” nəşrində dərc edilən materialda belə iddia olunur. “Cənab Trampın baş danışıqçısı Stiv Uitkoff iranlılarla tərksilah danışıqlarını davam etdirmək üçün Omana uçmağa hazırlaşarkən, cənab Netanyahu İrana qarşı kütləvi hücuma keçdi. Danışıqları relsdən çıxaran və İranı hərbi cəhətdən şikəst edən Netanyahu cənab Trampdan onun yerinə işi bitirməsini istədi”, - qəzet yazır. “WSJ” vurğulayır ki, bu baxımdan, Netanyahu 2023-cü il oktyabrın 7-də hücumla bağlı xəbərdarlıqları nəzərdən qaçıran lider kimi deyil, “Həması darmadağın etməklə, Hizbullahı parçalamaqla və İrandan gələn nüvə təhlükəsini aradan qaldırmaqla İsraili üç ən böyük təhlükədən xilas edən” lider kimi tarixə düşə bilər.

Tehran: “Cavab hazırlanır”

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ölkənin hərbi hava qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Bunu ABŞ, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün “tarixi an” adlandıran Amerika lideri bildirib ki, bu “heyrətamiz uğurdan” sonra İran sülhə razı olmalıdır. Lakin ABŞ-nin zərbələrinin İranın nüvə obyektlərinə ciddi ziyan vurmadığını açıqlayan Tehran Vaşinqtonun hücumuna cavab hazırladığını vurğulayıb. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
25
azvision.az

10Sources