AZ

Xamneyinin məsləhətçisindən təəccüblü iddia

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran lideri Ayətullah Əli Xamneyinin məsləhətçisi və parlamentin keçmiş sədri Əli Laricani, İsrailin hücumlarının ilk günündə çox sayda İranlı siyasi, hərbi və təhlükəsizlik rəsmisinə təhdid mesajları göndərdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Laricani dövlət televiziyasında çıxış etdiyi bir proqramda, İsrailin yalnız siyasi və hərbi strukturu deyil, birbaşa ölkə rəhbəri Xamneyini də hədəf alaraq dövlət quruluşunu sürətlə parçalamağa çalışdığını söyləyib.

O, "Düşmən, bir liderlik toplantısı zamanı yüksək səviyyəli İran rəsmilərini hədəf alaraq dövlət quruluşunu sürətlə parçalaya biləcəyini hesablayıb. Sonrakı addımları isə birbaşa İslam İnqilabı Liderini təhdid etmək idi", - deyib.

Laricani, İsrail və ABŞ-ın, münaqişə şəraitində İran xalqının hökuməti tərk edəcəyi ilə bağlı fərziyyələrinin səhv olduğunu qeyd edib: "Amma xalqın güclü birliyi və müqaviməti, İsraili öz məqsədlərini yenidən nəzərdən keçirməyə məcbur etdi", - deyə bildirib.

Onun sözlərinə görə, 21 iyun tarixindən etibarən İsrailin hədəflərinə çatmaqda çətinlik çəkdiyi görüləndən sonra üçüncü tərəf vasitəçiləri işə qarışıb. İsrailin hücumların ilk günü, bəzi İranlı siyasi, hərbi və təhlükəsizlik rəsmilərinə təhdid mesajları göndərdiyini bildirən Laricani: "Mən də Tehranı tərk etməyim üçün 12 saatım olduğunu deyən bir mesaj aldım. Əks halda mərhum komandan Qulaməli Reşid və General Məhəmməd Bəkirinin taleyini yaşayacağım söylənildi. Amma mən onlara Netanyahu kimi birinə yaraşan cavab verdim", - deyə o qeyd edib.

Laricani, müharibənin gedişatını dəyişdirən ən vacib amilin İranın inkişaf etmiş raket qabiliyyəti və xalqın sarsılmaz dəstəyi olduğunu vurğulayıb: "Netanyahunun bütün səyləri İran xalqını təslim etməyə yönəlmişdi. Lakin İranın raket gücünün açıq şəkildə ortaya çıxması, müharibənin gedişatında həlledici rol oynadı", - deyə bildirib.

ABŞ-ın Qətərdəki hava bazasına hücumla bağlı isə Laricani, amerikalı rəsmilərin açıqladığına əks olaraq, hər biri 400 kq-lıq döyüş başlığı daşıyan 6 raketin ABŞ bazasına düşdüyünü iddia edərək: "Nə baş verdiyini bilirik, amma qoy Trump öz xəyalları ilə sevinsin", - deyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
25
bizimyol.info

10Mənbələr