EN

"Münaqişədə qüvvələr balansı Rusiyanın xeyrinə dəyişdi" -Moro

Ukraynanın Qərb müttəfiqlərinin Kiyevə yardım etməsinə baxmayaraq,  münaqişədə qüvvələr nisbəti Rusiyanın xeyrinə dəyişir. Bunu TASS-a Fransa ordusunun keçmiş desantçı zabiti, hərbi ekspert Ksavye Moro deyib.


"Kiyev tək deyil və NATO-nun dəstəyindən istifadə edir. Ona görə də real nisbət Ukrayna və NATO-nun Rusiyaya qarşı ittifaqı ilə hesablanır", - o qeyd edib.


Moroya görə, Ukrayna cəbhəni canlı qüvvə ilə doldurur, NATO ölkələri isə Rusiya qüvvələrinə dair hərbi texnika və kəşfiyyat məlumatları ötürür.

"Buna baxmayaraq, tarazlıq Rusiyanın xeyrinə dəyişir", - fransız zabit vurğulayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural

Chosen
14
50
news365.az

10Sources