Ukraynanın Qərb müttəfiqlərinin Kiyevə yardım etməsinə baxmayaraq, münaqişədə qüvvələr nisbəti Rusiyanın xeyrinə dəyişir. Bunu TASS-a Fransa ordusunun keçmiş desantçı zabiti, hərbi ekspert Ksavye Moro deyib.
"Kiyev tək deyil və NATO-nun dəstəyindən istifadə edir. Ona görə də real nisbət Ukrayna və NATO-nun Rusiyaya qarşı ittifaqı ilə hesablanır", - o qeyd edib.
Moroya görə, Ukrayna cəbhəni canlı qüvvə ilə doldurur, NATO ölkələri isə Rusiya qüvvələrinə dair hərbi texnika və kəşfiyyat məlumatları ötürür.
"Buna baxmayaraq, tarazlıq Rusiyanın xeyrinə dəyişir", - fransız zabit vurğulayıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural