EN

“Tesla” bu şəhərdə sürücüsüz robotaksi xidmətinə start verdi

“Tesla” uzun illərdir gözlənilən sürücüsüz taksi xidmətini nəhayət istifadəyə verdi. 

Valyuta.az xəbər verir ki, şirkət, Austin şəhərində “Model Y SUV”larının iştirakı ilə robotaksi xidmətinə rəsmi olaraq başlayıb.

Avtomobillər tam avtonom şəkildə hərəkət etsə də, ön oturacaqda “Tesla” əməkdaşı təhlükəsizlik nəzarətçisi kimi yer alır. Xidmət ilkin mərhələdə Cənubi Austin bölgəsində fəaliyyət göstərir və cəmi 10-a yaxın avtomobil cəlb olunub.

Robotaksi xidməti hər gün saat 06:00-dan 00:00-a qədər işləyir. Qiymət isə simvolik olaraq $4.20 müəyyən edilib. Tesla bu xidmət üçün "nəzarətsiz" Full Self-Driving proqram təminatı istifadə edir.

Avtomobillərdə daxili kameralar yalnız təhlükə və ya istifadəçi dəstəyi halında aktivləşir.
Xidmətin başlaması ilə bağlı “Tesla”nın rəhbəri İlon Mask və şirkətin digər rəhbərləri sosial mediada bu nailiyyəti qeyd ediblər.

Bununla belə, şəffaflıq və təhlükəsizlik məsələləri ilə bağlı suallar qalır. “Tesla” media orqanlarının məlumat sorğularına cavab verməkdən imtina edib və bəzi hüquqi məhdudiyyətlərə istinad edib.

Sərvanə Rəmixanova

Chosen
54
31
valyuta.az

10Sources