“Tesla”nın rəhbəri İlon Mask, “Tesla Model Y” sürücüsüz taksinin ilk avtonom çatdırılmasının vaxtından bir gün əvvəl tamamlandığını açıqlayıb.
İndex.az-ın xəbərinə görə, sahibkar bu barədə “X” hesabında məlumat verib.
“Tesla Model Y”nin zavoddan müştərinin evinə ilk tam avtonom çatdırılması vaxtından bir gün əvvəl tamamlandı!” , – o yazıb.
Mask layihənin uğurla həyata keçirilməsinə görə “Tesla”nın proqram təminatı tərtibatçılarına və süni intellekt mikrosxeminin tərtibatçılarına təşəkkür edib.
“Tesla” ABŞ daxili bazarında 2020-ci ildə tətbiq olunmağa başlayan sürücüsüz “Waymo” taksi xidməti ilə rəqabətə girəcək. Qlobal bazarda Maskın şirkəti Çinin “Apollo Go”, “WeRide” və “Pony AI” şirkətləri ilə rəqabət aparacaq.