EN

Netanyahu Qərb Divarında Tramp üçün dua etdi

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi zərbələr fonunda İsrailin Baş naziri Benyamin Netanyahu maraqlı addımı ilə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, Netanyahu Qüdsdə yerləşən və yəhudilər üçün müqəddəs sayılan Qərb Divarını ziyarət edib. O, bu səfər zamanı ABŞ-ın sabiq prezidenti Donald Tramp üçün dua edib və səfərin görüntülərini şəxsi sosial media hesabında paylaşıb.

Baş nazir səfər zamanı divara “Millət ayaqdadır. İsrail xalqı yaşayır!” sözlərini qeyd etdiyini bildirib. Onun bu addımı həm İsrail ictimaiyyətində, həm də beynəlxalq mediada müxtəlif reaksiyalara səbəb olub.

Qeyd edək ki, Qərb Divarı – Məscidül-Əqsaya bitişik ərazi olmaqla yanaşı, həm də dini və siyasi baxımdan regionda həssas məkanlardan biri hesab olunur. Netanyahu-nun bu məkan vasitəsilə verdiyi mesajın ABŞ-İran gərginliyi fonunda xüsusi rəmzi mənası olduğu deyilir.

Əsmətxanım


Telegram kanalımız
Chosen
8
17
yenisabah.az

10Sources