EN

Reuters: İran hücumdan əvvəl yüksək zənginləşdirilmiş uranın böyük hissəsini gizlədib

İran ABŞ-ın hücumundan əvvəl Fordo nüvə obyektində olan yüksək zənginləşdirilmiş uranın böyük hissəsini başqa yerə köçürməyə nail olub...

Poliqon xəbər verir ki, Reuters bunu yüksək rütbəli iranlı mənbəyə istinadən yazıb. Nəşr qeyd edir ki, bu məlumatı təsdiqləmək mümkün deyil.

Qeyd olunur ki, kommersiya peyk görüntüləri İranın Fordo şəhərindəki nüvə obyektinə edilən hücumun dərin basdırılmış sahəyə və orada yerləşən uranın zənginləşdirilməsi sentrifuqalarına ciddi ziyan vurduğunu və ya məhv etdiyini göstərir.

Reuters həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə istinadən xəbər verir ki, yeraltı bazaya dəymiş ziyanı qiymətləndirmək hələ mümkün deyil.

Nəşr yazıb ki, ABŞ-ın hücumundan sonra İran artıq İsrailə raket zərbələri endirib, nəticədə onlarla insan yaralanıb, Təl-Əvivdə binalar dağılıb. Bundan əlavə, İran Amerika bazalarına zərbələr endirməklə yanaşı, Hörmüz boğazından neft nəqlini əngəlləməklə hədələyir.

Qeyd edilir ki, bu, dünya bazarında neftin qiymətinin sürətlə artmasına, qlobal iqtisadiyyatı poza və ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində yerləşən nəhəng Beşinci Donanması ilə münaqişəyə səbəb ola bilər.

Poliqon.info

Chosen
8
1
poliqon.info

2Sources