AZ

İran ABŞ-ın hücumundan əvvəl yüksək zənginləşdirilmiş uranın çox hissəsini başqa yerdə gizlədib – “Reuters” agentliyi

İran ABŞ-ın hücumundan əvvəl “Fordo” nüvə obyektində olan yüksək zənginləşdirilmiş uranın çox hissəsini başqa yerə köçürüb.

Lakin “Reuters” yüksək rütbəli iranlı mənbəyə istinadən xəbər verir ki, məlumatı təsdiqləmək mümkün deyil. Kommersiya peyk şəkilləri göstərir ki, İranın “Fordo” nüvə obyektinə edilən hücum nəticəsində dərin basdırılmış sahəyə və orada yerləşdirilmiş uranın zənginləşdirilməsi sentrifuqalarına ciddi ziyan dəyib və ya məhv edilib, lakin saytın statusu hələ də təsdiqlənməyib, – ekspertlər deyir.

“Reuters” həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə istinad edərək bildirib ki, yer altında dəymiş ziyanı qiymətləndirmək hələ mümkün deyil.

ABŞ-ın hücumundan sonra İran İsrailə növbəti raket zərbələri endirib, onlarla insan yaralanıb və Təl-Əvivdə binalar dağılıb. İran həmçinin Amerika bazalarını vurmaqla və Hörmüz boğazından neft nəqlini kəsməklə hədələyir. Qeyd edilir ki, bu, neftin dünya qiymətlərinin sürətlə artmasına, qlobal iqtisadiyyatın pozulmasına və Fars körfəzində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının nəhəng donanması ilə münaqişəyə səbəb ola bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
1
editor.az

2Mənbələr