EN

İran XİN: Ölkənin nüvə obyektlərinə hücum uzunmüddətli nəticələrə səbəb olacaq

ABŞ İsfahandakı, Nətənzdəki və Fordodakı İran mülki obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahlarının yayılmaması rejimini pozub, nüvə infrastrukturuna zərbələr uzunmüddətli nəticələrə səbəb olacaq.

Bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi sosial şəbəkədə yazıb.

"Təhlükəsizlik Şurasının daimi üzvü olan Amerika Birləşmiş Ştatları İranın dinc nüvə obyektlərinə hücum edərək BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini kobud şəkildə pozub. Bu səhər baş vermiş hadisələr dəhşətlidir və uzunmüddətli nəticələrə səbəb olacaq”, – XİN başçısı bildirib.

O, həmçinin vurğulayıb ki, qanuni özünümüdafiəyə icazə verən BMT Nizamnaməsinə uyğun olaraq, respublika öz suverenliyini və milli maraqlarını qorumaq hüququnu özündə saxlayır.

Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.

Daha sonra Qum ostanının administrasiyası "Fordo nüvə obyektinin ərazisinin” hücuma məruz qaldığını etiraf etmişdi.
Chosen
11
12
7news.az

10Sources