AZ

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

“Ölkənin nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin nüvə obyektlərinin ABŞ tərəfindən vurulmasına dair açıqlamasında bildriib. Onun sözlərinə görə, ABŞ İsfahan, Natanz və Fordoda İranın nüvə obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub.

“ABŞ Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü kimi İranın dinc nüvə obyektlərinə hücum etməklə BMT Nizamnaməsini, beynəlxalq hüququ və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni kobud şəkildə pozub. Bu səhər baş verən hadisələr uzunmüddətli nəticələrə gətirib çıxaracaq”, - deyə XİN rəhbəri bildirib..

O, həmçinin vurğulayıb ki, İran BMT nizamnaməsinə uyğun olaraq, öz suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlayır.

Seçilən
1
16
xalqqazeti.az

10Mənbələr