Xəbər verdiyimiz kimi, İran İsrailə ballistik raketlərlə hücum edib.
Musavat.com xəbər verir ki, məlumatlara görə, İran İsrailə ilk dəfə "Xeybər"raketləri atılıb.
Təl-Əvivdə İran raketinin birbaşa vurulması nəticəsində dağıntılar qeydə alınıb.
İranın atəşi nəticəsində İsraildə yaralananların sayı 16-ya çatıb.
SEPAH bildirib ki, İranın İsrailə endirdiyi zərbənin hədəfi Ben Qurion hava limanı, bioloji tədqiqat mərkəzi və komanda məntəqələri olub.
İqbal RZAYEV,
Musavat.com