EN

İran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasını çağırıb

Tehran ABŞ-nin İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının təcili iclasını çağırıb.

"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Bu gün müharibə edən tərəflərin xeyrinə açıq qərəzli mövqe nümayiş etdirən və bununla da fəlakətə səbəb olan AEBA və şəxsən baş direktor Rafael Qrossinin məsuliyyəti həmişəkindən daha aydındır. Biz Agentliyin Rəhbərlər Şurasını fövqəladə iclas keçirməyə və ABŞ-nin İranın nəzarəti altında olan nüvə obyektlərinə təhlükəli hücumu ilə bağlı qanuni öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - məlumatda vurğulanır.

Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb.

Chosen
9
7
report.az

10Sources