AZ

AEBA-nın İranla bağlı təcili iclası keçiriləcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda baş verən fövqəladə vəziyyətlə bağlı təcili iclas keçirəcək.

Trend xəbər verir ki, bu barədə AEBA Baş direktoru Rafael Qrossi "X"də paylaşım edib.

"İrandakı fövqəladə vəziyyət fonunda sabah AEBA Rəhbərlər Şurasının təcili iclasını çağırıram", - Qrossi bildirib.

Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Seçilən
1
7
day.az

10Mənbələr