Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda baş verən fövqəladə vəziyyətlə bağlı təcili iclas keçirəcək.
Bu barədə AEBA Baş direktoru Rafael Qrossi “X”də paylaşım edib.
“İrandakı fövqəladə vəziyyət fonunda sabah AEBA Rəhbərlər Şurasının təcili iclasını çağırıram”, – Qrossi bildirib.