EN

SON XƏBƏR! ABŞ İrana hücum etdi: nüvə obyektləri BOMBALANDI

ABŞ Hərbi Hava Qüvvələri İrandakı üç nüvə obyektinə zərbə endirib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

“Biz İrandakı Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdırlar. Əzəmətli amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – o yazıb.

İran mətbuatı Fordo nüvə obyektinin hava hücumuna məruz qaldığını təsdiqləyib.

“Bir neçə saat əvvəl, Qum HHM sisteminin aktivləşdirilməsindən və düşmən hədəflərin aşkarlanmasından sonra, Fordo nüvə obyektinin ərazisinin bir hissəsi düşmən tərəfindən hava hücumuna məruz qalıb”, – məlumatda deyilir.

“Fox News” məlumat yayıb ki, ABŞ İranın əsas nüvə obyektlərinə zərbələr endirmək üçün bunker əleyhinə bombalar və “Tomahawk” qanadlı raketlərindən istifadə edib.

Məlumata görə, əvvəllər ikisinin kifayət edəcəyi güman edilsə də, B-2 gizli bombardmançılarından Fordodakı çox məxfi yeraltı kompleksə beş-altı güclü bomba atılıb.

Qeyd edək ki, Fordodan başqa İsfahan və Natanzda daha iki nüvə obyekti də hücuma məruz qalıb.

“Fox News”un məlumatına görə, hədəflərdən təxminən 400 mil məsafədə yerləşən sualtı qayıqlardan onlara 30-a yaxın “Tomahawk” raketi atılıb. /modern.az/

Chosen
16
50
turkustan.az

10Sources