AZ

ABŞ-nin vurduğu nüvə obyektinin yaxınlığında üç krater yaranıb – Foto


ABŞ-nin endirdiyi zərbələr nəticəsində İrandakı “Fordo” nüvə obyekti yaxınlığında ən azı üç krater yaranıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə müvafiq peyk görüntülərini təhlil edən “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, görüntülərdə obyektin tunellərinə girişlərin bloklandığı da görünür.
Dağıntının miqyası dəqiqləşdirilməyib.

Qeyd edək ki, bu gecə ABŞ silahlı qüvvələri İranın əsas nüvə infrastrukturlarına koordinasiyalı hücum həyata keçirib. Əməliyyat çərçivəsində Fordo şəhərində yerin dərinliklərində yerləşən nüvə obyektinə altı ədəd GBU-57 tipli bunker əleyhinə bomba atılıb. Bu bombalar yalnız B-2 Spirit bombardmançı təyyarələri ilə daşına bilir və hər birinin çəkisi 13 tondan artıqdır. Hər B-2 təyyarəsi iki belə bombanı daşımaq gücünə malikdir.
Seçilən
8
50
yeniavaz.com

10Mənbələr