EN

Nazir: Trampın Xamnəi ilə bağlı dedikləri təhdid yox, təhqirdir

Nazir:

İran Xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidenti Donald Trampın İranın ali dini lideri Seyid Əli Xamnəiyə qarşı təhdidlərini şərh edib.

Reyting.az
-ın məlumatına görə, İran diplomatiyasının rəhbəri “NBC News”ə deyib ki, Trampın Xamnəiyə sui-qəsdi baş tutmayacaq.

“Belə bir hərəkət onların törədə biləcəkləri ən böyük cinayət olacaq, lakin onlar bunu edə bilməyəcəklər”,- A. Əraqçi əlavə edib.

Onun sözlərinə görə, Xamnəinin tək İranda deyil, digər ölkələrdə də milyonlarla izləyicisi var.

Trampın sözlərini təhdid hesab edib-etmədiyini soruşduqda, Əraqçi belə cavab verib: “Mən bunu daha çox təhqir kimi qəbul edirəm. Və supergüc adlanan dövlətin prezidentinin bunu deyə bilməsi məni heyrətə gətirir. Biz prezident Tramp haqqında həmişə hörmətlə danışmışıq”.

E. KAMAL
Chosen
65
50
reyting.az

10Sources