
İran Xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidenti Donald Trampın İranın ali dini lideri Seyid Əli Xamnəiyə qarşı təhdidlərini şərh edib.
Reyting.az-ın məlumatına görə, İran diplomatiyasının rəhbəri “NBC News”ə deyib ki, Trampın Xamnəiyə sui-qəsdi baş tutmayacaq.
“Belə bir hərəkət onların törədə biləcəkləri ən böyük cinayət olacaq, lakin onlar bunu edə bilməyəcəklər”,- A. Əraqçi əlavə edib.
Onun sözlərinə görə, Xamnəinin tək İranda deyil, digər ölkələrdə də milyonlarla izləyicisi var.
Trampın sözlərini təhdid hesab edib-etmədiyini soruşduqda, Əraqçi belə cavab verib: “Mən bunu daha çox təhqir kimi qəbul edirəm. Və supergüc adlanan dövlətin prezidentinin bunu deyə bilməsi məni heyrətə gətirir. Biz prezident Tramp haqqında həmişə hörmətlə danışmışıq”.
E. KAMAL