Bakı. Trend:
İyunun 13-dən başlayaraq bu gün səhərədək İsrailin İrana hərbihava hücumları nəticəsində ölənlərin sayı 400 nəfəri keçib.
Trend-inməlumatına görə, bununla əlaqədar İranın Səhiyyə Nazirliyinininformasiya və ictimaiyyətlə əlaqələr departamentinin direktoruHüseyn Kermanpur özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşımedib.
Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində 3 056nəfər yaralanıb. Hücumlarda yaralananlardan 2 220 nəfərixəstəxanalarda müalicə alıb, 232 nəfərə isə ambulator xidmətgöstərilib.
Kermanpur əlavə edib ki, ölənlərdən 54 nəfəri uşaq və qadın, 5nəfəri isə tibbi personal olub.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.