İsrailin hücumları nəticəsində 54-ü qadın və uşaq olmaqla, 400-dən çox iranlı həlak olub.
Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib.
O qeyd edib ki, 3056 nəfər də yaralanıb.
Artıq 2200 nəfər müalicə olunaraq xəstəxanalardan buraxılıb.
Kermanpur həlak olanların əksəriyyətinin mülki vətəndaşlar olduğunu vurğulayıb.
İyunun 19-da İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman özünün Telegram kanalında İranla zərbələrin mübadiləsinin başlamasından bu yana İsraildə 24 mülki şəxsin həlak olduğu və 838 nəfərin yaralandığı məlumat yayıb.
Telegram kanalımız