EN

İrana qarşı savaşda ABŞ ordusuna “Qorilla” rəhbərlik edəcək!

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İrana hücum etmək qərarına gələrsə, hava hücumlarına “Qorilla” ləqəbli general rəhbərlik edəcək. Bu ləqəb ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərq üzrə məsul zabiti Maykl Kurillanın soyadından gəlir.

Axar.az xəbər verir ki. bu barədə “Politiko” nəşri yazıb.

Bildirilib ki, müdafiə naziri Pit Heqset qətiyyətli hərbçiyə tam etibar edir. Kurilla artıq “Nimitz” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi əlavə donanma göndərməklə, həmçinin əlavə F-22, F-35 və F-16 qırıcı və bombardmançı təyyarələrini yerləşdirməklə ABŞ-ın bölgədəki hərbi mövcudluğunu gücləndirib.

General Kurillanın İraq, Əfqanıstan və Suriyadakı müharibələrdə təcrübəsi var. 2005-ci ildə o, Mosula (İraq) hücumda iştirak edib, üç dəfə yaralanıb, lakin döyüşü davam etdirib. Kurilla şücaətinə görə bir neçə “Bürünc ulduz” medalı alıb. O, Yaxın Şərqdəki vəziyyətə yaxşı bələddir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
5
axar.az

6Sources