AZ

ABŞ-nin İrana qarşı hərbi əməliyyatına kim rəhbərlik edə bilər?

ABŞ prezidenti Donald Tramp İrana hücum etmək qərarına gələrsə, hava hücumlarına “Qorilla” ləqəbli general rəhbərlik edəcək...

Poliqon xəbər verir ki, bu ləqəb ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərq üzrə məsul zabiti Maykl Kurillanın soyadından gəlir.

Müdafiə naziri Pete Hegseth, görüşlər zamanı prezidentin diqqətini cəlb etdiyi bildirilən qətiyyətli hərbçiyə tam etibar edir. Kurilla artıq USS Nimitz təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi əlavə donanma göndərməklə, həmçinin əlavə F-22, F-35 və F-16 qırıcı və bombardmançı təyyarələrini yerləşdirməklə ABŞ-ninn bölgədəki hərbi varlığını gücləndirib. O, ABŞ-nim Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin daha ehtiyatlı yanaşmasına baxmayaraq, bu qərarı qəbul edib.

General Kurillanın İraq, Əfqanıstan və Suriyadakı müharibələrdə təcrübəsi var. O, 2005-ci ildə Mosula (İraq) edilən hücumda iştirak edib, üç dəfə yaralanıb, lakin döyüşü davam etdirib. Kurilla şücaətinə görə bir neçə Bürünc Ulduz medalı aldı. O, Yaxın Şərqdəki vəziyyətə yaxşı bələddir və İsraillə İran arasındakı münaqişəni anlayır.

Poliqon.info 

Seçilən
6
5
poliqon.info

6Mənbələr