EN

Yevlaxda 12 otaqlı ev yandı - Zəhərlənən var

Yevlax şəhərində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 12 otaqlı evin 7 otağının yanar konstruksiyaları 200 m² sahədə yanıb.


Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan dam örtüyünün taxta atmaları 7 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
24
23
manset.az

10Sources