AZ

Yevlaxda 12 otaqlı ev yanıb, bir nəfər zəhərlənib

Yevlaxda 12 otaqlı ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib.

Bu barədə 7News.Az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 12 otaqlı evin 7 otağının yanar konstruksiyaları 200 m² sahədə yanıb. Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 7 m² sahədə qarsalanıb.


Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
 

Seçilən
11
26
7news.az

10Mənbələr