AZ

Yevlaxda 12 otaqlı ev yanıb, bir nəfər zəhərlənib

10:16 21.06.2025
10:16 21.06.2025

Yevlaxda 12 otaqlı ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib.

Bu barədə Mynews.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 12 otaqlı evin 7 otağının yanar konstruksiyaları 200 m² sahədə yanıb. Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 7 m² sahədə qarsalanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Seçilən
8
26
mynews.az

10Mənbələr