Ötən gün beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.
Bu barədə Viral.az-a TƏBİB-dən bildirilib.
“Ötən gün saat 14:40 radələrində 1982-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbi ilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib”, – qeyd olunub.
Son Yazılar:
- Şəhidimiz Tovuzda dəfn edildi – FOTO
- Rusiya və Ukrayna əsirləri DƏYİŞDİ
- Narkotik bükümlərini udan şəxs xəstəxanada ÖLDÜ
O da bildirilib ki, hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.