EN

Ərdoğan xəbərdarlıq edir

AzVision.az Türkiyənin “TRT Haber” telekanalına istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri, regional məsələləri, İsrail və İran arasında münaqişənin gərginləşməsini müzakirə ediblər.
İranla nüvə probleminin ancaq danışıqlar yolu ilə həll oluna biləcəyini deyən Ərdoğan, İsrailin hücumundan sonra daha da pisləşən vəziyyətin regional təhlükəsizliyə ciddi təhdid yaratdığını vurğulayıb.

“Zorakılığın artması miqrasiya böhranına və nüvə materiallarının sızması ilə bağlı risklərə gətirib çıxara bilər ki, bu da həm Yaxın Şərq, həm də Avropa üçün təhlükə yaradır. Ankara gərginliyi azaltmaq üçün səy göstərir və sabitliyin bərpası üçün diplomatik addımları davam etdirəcək”,- Türkiyə prezidenti deyib.

WP: “İran Qətəri xəbərdar edib” | VİDEO
Eyni zamanda, Qətərin hökumət başçısı və Xarici İşlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Norveçin Xarici İşlər naziri Espen Bart Eyde ilə telefon danışığı zamanı İsrailin İranın iqtisadi infrastrukturuna hücumlarının dünya bazarlarına enerji təchizatının sabitliyini pozmaq da daxil olmaqla, fəlakətli nəticələr törədə biləcəyini söyləyib.

Xatırladaq ki, bundan əvvəl “Washinqton Post (WP)” qəzetinin yazdığına görə, ABŞ-nin İrana zərbə endirəcəyi halda, Tehran Fars körfəzindəki Amerika bazalarına zərbələr endirə biləcəyi barədə Qətər hakimiyyətinə xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az

Chosen
14
50
azvision.az

10Sources