İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.
Sitat.info xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Doha SEPAH-ın Əl-Üdeyd aviabazasına endirdiyi zərbəni pisləyir və beynəlxalq hüquqa uyğun olaraq hücuma cavab vermək hüququnu özündə saxlayr.
Xatırladaq ki, ötən gün İran ABŞ-ın nüvə obyektlərinə zərbəsinə cavab olaraq Üdeyd bazasına 7 raket atıb. Qətər raketlərin hamısının havada vurulduğunu bildirib.