EN

ADSEA: İşğaldan azad edilmiş ərazilərdə su xətləri və su anbarları tikilir

LAÇIN, 19 iyun. TELEQRAF

Füzuli, Laçın, Ağdam, Qubadlı, Zəngilan, Xocalı, Şuşa, Ağdərə, Cəbrayıl və Kəlbəcər rayonlarında magistral su xətləri, kanalizasiya kollektorları, modul tipli su təmizləyici qurğular və su anbarlarının tikintisi davam edir.

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki,bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin bərpası üzrə mühüm işlər görülür:

“Füzulidə 11.4 km magistral su xətti, 6 subartezian quyusu və iki böyük su anbarı demək olar ki, tamamlanıb. Laçında, Ağdamda və digər rayonlarda magistral xətlər, su anbarları və kanalizasiya stansiyalarının tikintisi 50-95% səviyyəsində icra olunur. Xocalıda subartezian quyuları qazılıb, magistral su xətləri çəkilib, modul tipli qurğular inşa edilir. Şuşada su anbarları və təmizləyici qurğuların təmiri aparılır. Cəbrayıl və Ağdam şəhərlərində modul tipli su təmizləyici qurğuların tikintisi, həmçinin su və kanalizasiya xətlərinin çəkilişi uğurla davam etdirilir. Bu işlər bölgələrin su təchizatının tam bərpası və sakinlərin normal həyat şəraitinə qayıdışı üçün vacibdir".

Chosen
9
2
teleqraf.com

3Sources