AZ

İlham Quliyev: İçməli su təchizatı və kanalizasiya sistemlərinin bərpası üzrə mühüm işlər görülür

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İşğaldan azad olunmuş ərazilərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin bərpası üzrə mühüm işlər görülür".

Oxu.Az-ın Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.

O bildirib ki, Füzuli, Laçın, Ağdam, Qubadlı, Zəngilan, Xocalı, Şuşa, Ağdərə, Cəbrayıl və Kəlbəcər rayonlarında magistral su xətləri, kanalizasiya kollektorları, modul tipli sutəmizləyici qurğular və su anbarlarının tikintisi davam edir:

"Məsələn, Füzulidə 11.4 km magistral su xətti, altı subartezian quyusu və iki böyük su anbarı, demək olar ki, tamamlanıb. Laçında, Ağdamda və digər rayonlarda magistral xətlər, su anbarları və kanalizasiya stansiyalarının tikintisi 50-95% səviyyəsində icra olunur. Xocalıda subartezian quyuları qazılıb, magistral su xətləri çəkilib, modul tipli qurğular inşa edilir. Şuşada su anbarları və təmizləyici qurğuların təmiri aparılır. Cəbrayıl və Ağdam şəhərlərində modul tipli sutəmizləyici qurğuların tikintisi, həmçinin su və kanalizasiya xətlərinin çəkilişi uğurla davam etdirilir. Bu işlər bölgələrin su təchizatının tam bərpası və sakinlərin normal həyat şəraitinə qayıdışı üçün vacibdir".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
oxu.az

3Mənbələr