Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi ümumi dəyəri 48,9 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 % azdır.
5 aylıq ticarət dövriyyəsinin 4,75 milyon ABŞ dolları ixracın, 44,15 milyon ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 9,3 % artıb, idxal isə 15,5 % azalıb.