EN

FED əsas baza dərəcəsini 4,25-4,5% səviyyəsində saxlayıb

ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) əsas baza dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ tənzimləyicisinin rəsmi saytında açıqlama verilib.

Qeyd olunur ki, cari faiz diapazonu 2024-cü ilin dekabrından etibarən dəyişməz qalıb.

Məlumatda həmçinin bildirilib: "İqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik azalsa da, hələ də yüksək səviyyədə qalır."

FED-in bu qərarı bazar iştirakçılarının gözləntiləri ilə tam üst-üstə düşüb. CME birjası tərəfindən hazırlanan “FedWatch” alətinə görə, faiz dərəcəsinin dəyişmədən saxlanma ehtimalı 99,9% təşkil edib.
Chosen
11
5
sherg.az

10Sources