Bakı. Trend:
ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal EhtiyatSistemi (FED) əsas baza dərəcəsini illik 4,25-4,5% səviyyəsindəsaxlayıb.
Trend xəbər verirki, bu barədə ABŞ tənzimləyicisinin rəsmi saytında açıqlamaverilib.
Qeyd olunur ki, cari faiz diapazonu 2024-cü ilin dekabrındanetibarən dəyişməz qalıb.
Məlumatda həmçinin bildirilib: "İqtisadi perspektivlə bağlıqeyri-müəyyənlik azalsa da, hələ də yüksək səviyyədə qalır."
FED-in bu qərarı bazar iştirakçılarının gözləntiləri ilə tamüst-üstə düşüb. CME birjası tərəfindən hazırlanan “FedWatch”alətinə görə, faiz dərəcəsinin dəyişmədən saxlanma ehtimalı 99,9%təşkil edib.