ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
“Ermənistanın elektrik şəbəkəsinin milliləşdirilməsinin vaxtı çatıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Hesab edirəm ki, “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsinin vaxtı çatıb. Bu, tez bir zamanda baş verəcək və mən aidiyyəti qurumların bütün əməkdaşlarını öz vəzifələrini vicdanla yerinə yetirməyə çağırıram”, - baş nazir bildirib.
Qeyd edək ki, Rusiya Ermənistanda elektrik istehsalının 80 faizini və ölkənin elektrik paylama şəbəkəsini tam nəzarətdə saxlayır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.