AZ

Paşinyan Ermənistanın elektrik şəbəkəsini Rusiyanın əlindən almaq istəyir

BAKI, 18 iyun. TELEQRAF

“Ermənistanın elektrik şəbəkəsinin milliləşdirilməsinin vaxtı çatıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Hesab edirəm ki, “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsinin vaxtı çatıb. Bu, tez bir zamanda baş verəcək və mən aidiyyəti qurumların bütün əməkdaşlarını öz vəzifələrini vicdanla yerinə yetirməyə çağırıram”, - baş nazir bildirib.

Qeyd edək ki, Rusiya Ermənistanda elektrik istehsalının 80 faizini və ölkənin elektrik paylama şəbəkəsini tam nəzarətdə saxlayır.

Seçilən
8
2
teleqraf.com

3Mənbələr