EN

“Sabah” hansı məşqçi ilə danışıq aparır?

“Sabah” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Bizim.Media xəbər verir ki, hazırda klub rəhbərliyinin bütün diqqəti ölkə xaricinə yönəlib.

Bu arada klubun danışıq apardığı məşqçilərdən birinin adı məlum olub. Söhbət litvalı mütəxəssis Valdas Dambrauskasdan gedir.
 

48 yaşlı məşqçi ötən mövsüm Kiprin “Omoniya” klubunda çalışıb. Onun rəhbərliyi ilə Kipr təmsilçisi “Zirə”ni Konfrans Liqasının təsnifat mərhələsində iki oyunun nəticəsinə görə məğlub edib mübarizədən kənarlaşdırmışdı.


Hazırda Dambrauskasla danışıqlar davam edir. Əgər razılıq əldə olunmazda, “Sabah” digər variantları nəzərdən keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
14
49
bizim.media

10Sources