AZ

Müxalifətçi deputat Paşinyana qarşı aksiyadan imtina etdi

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aqvan Vardanyan Baş nazir Nikol Paşinyana etimadsızlıq ifadə edən sənədi imzalamaqdan imtina edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyana impiçment tələb edən təşəbbüsün nümayəndəsi Narek Malyan əlində sənədlə parlamentə gəlsə də, Aqvan Vardanyanın oradakı ofisindən əliboş çıxıb.
 
Ermənistan parlamentinin radikal “Hayastan” fraksiyasının rəhbəri keçmiş müdafiə naziri Seyran Ohanyandır. Ohanyanın rəhbərlik etdiyi fraksiyanın deputatının Paşinyanın əleyhinə çıxmaqdan yayınması müxalifət düşərgəsində müzakirələrə səbəb olub.

Seçilən
35
2
modern.az

10Mənbələr