Ukrayna beynəlxalq ictimaiyyətdən Kiyevin kütləvi atəşə tutulmasını pisləməyi , onun müdafiə qabiliyyətini dəstəkləməyi və Rusiyay təzyiqi artırmağı tələb edir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda iyunun 17-nə keçən gecə baş verən hücumun müharibənin ən böyük hücumlarından biri olduğu qeyd edilib.
Rus işğalçıları mülki əhalini və mülki infrastrukturu, xüsusən yaşayış binalarını, təhsil müəssisəsini və sənaye obyektlərini hədəf aldılar:
"Biz əminik ki, Putin G7 liderlərinin zəif görünməsi üçün G7 sammiti zamanı qəsdən bu hücumun həyata keçirilməsini əmr edib. O, qəsdən beynəlxalq sülh səylərinə, xüsusən də ABŞ-ın səylərinə tamamilə məhəl qoymadığını nümayiş etdirir".
Qeyd edək ki, ötən gün Rusiya ordusu Kiyevə raket və PUA-larla hücum edib. Ukrayna Daxili İşlər Nazirliyi hücum nəticəsində 14 nəfərin öldüyünü, 60-dan çox yaralının olduğunu bildirib.