İran ordusu İsrailin “Mossad”a məxsus hərbi kəşfiyyat mərkəzini vurduğunu bildirib.
Viral.az xəbər verir ki, bu haqda İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlai-Nik açıqlama verib:
“Sionist rejimin kəşfiyyat mərkəzi, amerikalıların kömək etdiyi düşmənin ağır müdafiə təbəqələrinə baxmayaraq, izlənilməsi mümkün olmayan raketlə vurulub”.
Son Yazılar:
- “Vurulan binamızda heç kim yoxdur, hamımız İrandayıq”
- İsrailin hücumları birbaşa müharibə elanıdır
- İsrail İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirdi
“Mossad” isə “X” səhifəsində paylaşım edərək məlumatı təsdiqləyib, lakin İrana satirik cavab verib:
“İran bildirir ki, onlar bizim binamızı vurublar. Bəli, bu doğrudur. Bina zərər görüb amma içində heç kim olmayıb. Çünki hamımız hazırda İrandayıq”.