Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
İran ordusu İsrailin “Mossad”a məxsus hərbi kəşfiyyat mərkəzini vurduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlai-Nik açıqlama verib:
“Sionist rejimin kəşfiyyat mərkəzi, amerikalıların kömək etdiyi düşmənin ağır müdafiə təbəqələrinə baxmayaraq, idarə olunan raketlə vurulub”.
“Mossad” isə “X” səhifəsində paylaşım edərək məlumatı təsdiqləyib, lakin İrana satirik cavab verib:
“İran bildirir ki, onlar bizim binamızı vurublar. Bəli, bu doğrudur. Bina zərər görüb amma içində heç kim olmayıb. Çünki hamımız hazırda İrandayıq”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.